Bakıda mənzildə 90 yaşlı qadının meyiti tapılıb

Bakıda mənzildə 90 yaşlı qadının meyiti tapılıb Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmət
Hadisə
5 Yanvar , 2022 17:29
Bakıda mənzildə 90 yaşlı qadının meyiti tapılıb

Bakıda mənzildə 90 yaşlı qadının meyiti tapılıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1932-ci il təvəllüdlü Kolendr Ester Moiseevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi