Bakıda 86 yaşlı kişi döyülərək qətlə yetirilib

Bakıda 86 yaşlı kişi döyülərək qətlə yetirilib Qabulxayev Nikolay naməlum şəxs və ya şəxslər tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb
Hadisə
3 İyun , 2017 01:58
Bakıda 86 yaşlı kişi döyülərək qətlə yetirilib

Bakı. 3 iyun. REPORT.AZ/ Bakıda 86 yaşlı kişi döyülərək qətlə yetirilib.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, Əbdürrəhimbəy Haqverdiyev küçəsində 1931-ci il təvəllüdlü Qabulxayev Nikolay naməlum şəxs və ya şəxslər tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.

Lakin həkimlərin səyinə baxmayaraq, N. Qabulxayevin həyatını xilas etmək mümkün olmayıb. Hadisənin baş verdiyi əraziyə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi