Bakıda 85 yaşlı kişini kəlbətinlə öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakıda 85 yaşlı kişini kəlbətinlə öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib Bakıda qətl törətməkdə təqsirləndirilən Sakit Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Hadisə
29 Mart , 2019 09:28
Bakıda 85 yaşlı kişini kəlbətinlə öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakıda qətl törətməkdə təqsirləndirilən Sakit Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əliövsəd Abasovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik təyin edilməyib. 

Qeyd edək ki, hadisə ötən il avqustun 20-də Sabunçu rayonunda baş verib. 1933-cü il təvəllüdlü Tağı-zadə Əkrəm Hüseyn oğlu Yeni Ramana qəsəbəsindəki torpaq sahəsində tikintisi yarımçıq qalmış evdə qətlə yetirilib.

Məhkəmə-tibbi ekspertiza ölmüş şəxsin başına küt alətlə zərbə endirildiyini müəyyən edib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində polis sözügedən qəsəbənin sakini, qətlə yetirilmiş şəxsin qonşusu, 1982-ci il təvəllüdlü Mirzəyev Sakit Bəhlul oğlunu saxlayıb.

O, günahını etiraf edib.

İstintaq zamanı məlum olub ki, S.Mirzəyev 85 yaşlı kişini kəlbətinlə öldürüb. 

Son xəbərlər

Orphus sistemi