Bakıda 82 yaşlı qoca qadını avtomobil vurdu

Bakıda 82 yaşlı qoca qadını avtomobil vurdu Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
12 İyun , 2021 22:17
Bakıda 82 yaşlı qoca qadını avtomobil vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Mərdəkan qəsəbəsində yolu keçən 1939-cu il təvəllüdlü Hüseynova Dilarə Məzahir qızını avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi