Bakıda soyğunçuluq hadisəsi baş verib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 23-də A.Nemətulla küçəsində Bakı şəhər sakini, 80 yaşlı T.Qurbanovanın içərisində 1 100 manat pulu və mobil telefonu olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini M.Kərimov saxlanılıb.