​Bakıda 80 min manatlıq qızıl oğurlayan şəxslərin şikayəti əsasında məhkəmə başlayıb

​Bakıda 80 min manatlıq qızıl oğurlayan şəxslərin şikayəti əsasında məhkəmə başlayıb Məhkəminin baxış iclası iyulun 21-nə təyin edilib
Hadisə
14 İyul , 2016 14:07
​Bakıda 80 min manatlıq qızıl oğurlayan şəxslərin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 14 iyul. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Yevgeniy Şepiya və Xalid Gülməmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəminin baxış iclası iyulun 21-nə təyin edilib.

Qeyd edək ki, oğurluq hadisəsi ötən ilin dekabrın 24-də Sabunçu rayonunda baş verib. Bu rayonda yaşayan Vidadi Hüseynovun evindən pəncərədən girmək yolu ilə məişət əşyaları və dəmir seyfdən qapısı sındırılaraq 80 min manat dəyərində qızıl əşyalar oğurlanıb. Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Y.Şepiya və X.Gülməmmədov tutulublar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunublar.

Bu ilin may ayının 16-da Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə Y.Şepiya və X.Gülməmmədovun hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

Son xəbərlər

Orphus sistemi