Bakı. 19 mart. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda fərdi yaşayış evində 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
“Report” FHN-ə istinadən xəbər verir ki, dərhal nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər yaşayış evinə pəncərədən daxil olub və 1937-ci il təvəllüdlü İsmayılov Cəlal İsmayıl oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 20:06-da başa çatıb.