Bakıda 79 yaşlı kişi yanaraq ölüb

Bakıda 79 yaşlı kişi yanaraq ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
22 fevral 2016 12:14
Bakıda 79 yaşlı kişi yanaraq ölüb

Bakı. 22 fevral. REPORT.AZ/ Bakı şəhəri, Pirşağı qəsəbəsində olümə səbəb olan yanğın hadisəsi baş verib. “Report”un məlumatına görə, Ə.Xəlil küçəsi, Bağlar massivindəki evdə elektrik qızdırıcısının yaxınlığında qurudulmaq üçün sərilmiş paltar alışaraq yanıb. Hadisə nəticəsində evdə tək yaşayan 79 yaşlı Eldar Həsrətov ağır dərəcəli yanıq xəsarətləri alıb.

O, 5 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib və orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi