Bakıda 74 yaşlı qadına qarşı 75 min dollarlıq dələduzluq edilib

Bakıda 74 yaşlı qadına qarşı 75 min dollarlıq dələduzluq edilib Bank qadının mənzilini əlindən ala bilər
Hadisə
10 Fevral , 2016 12:35
Bakıda 74 yaşlı qadına qarşı 75 min dollarlıq dələduzluq edilib

Bakı. 10 fevral. REPORT.AZ/ Bakı şəhər sakininə qarşı dələduzluq edilib. “Report”un xəbərinə görə, 74 yaşlı Məmmədova Sona Ələkbər qızı hüquq-mühafizə orqanlarına müraciət edərək 2008-ci ildə İldırım adlı şəxsin onun Azadlıq prospekti ev 14/170-də yerləşən mənzilini girov qoyaraq “Unibank” ASC-dən 75 min ABŞ dolları pul götürdüyünü deyib. O bildirib ki, həmin şəxs bankın pulunu qaytarmır. Bu səbəbdən də bank qadının mənzilini əlindən ala bilər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi