Bakıda 74 nəfərə qarşı dələduzluq edən türkiyəli iş adamının məhkəməsi başlayıb

Bakıda 74 nəfərə qarşı dələduzluq edən türkiyəli iş adamının məhkəməsi başlayıb Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Hom Paş Prestij” MTK-nın sahibi, Türkiyə vətəndaşı Hikmət Yiğitdölün cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
2 May , 2019 15:13
Bakıda 74 nəfərə qarşı dələduzluq edən türkiyəli iş adamının məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Hom Paş Prestij” MTK-nın sahibi, Türkiyə vətəndaşı Hikmət Yiğitdölün cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası mayın 8-nə təyin edilib.

Qeyd edək ki, "Hom Paş Prestij” MTK 2008-ci ildə Bakı Şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə Xocalı prospekti, 1181-ci məhəllədə torpaq sahəsi alaraq çoxmərtəbəli bina tikintisinə başlayıb.

İttihama görə, MTK-nın sahibi, türkiyəli iş adamı H.Yiğitdöl Bakıda vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

Cinayət işi üzrə 74 nəfər zərərçəkmiş şəxs kimi tanınıb.

Son xəbərlər

Orphus sistemi