Yuxarı

Bakıda 72 yaşlı kişini mikroavtobus vuraraq öldürüb

​Bakıda 72 yaşlı kişini mikroavtobus vuraraq öldürüb

Bakıda 72 yaşlı kişini mikroavtobus vuraraq öldürüb.

“Report”un xəbərinə görə, hadisə dekabrın 7-də saat 20 radələrində, paytaxtın Sabunçu rayonunda, Hövsan-Zığ yolunda baş verib.

Belə ki, Cəbrayıl rayon sakini, 1982-ci il təvəllüdlü Mirağa Kazımovun idarə etdiyi “Mercedes-Vito” markalı sərnişin mikroavtobusu ilə hərəkətdə olan zaman yolu keçmək istəyən piyada – paytaxt sakini, 1947-ci il təvəllüdlü Sahib Hüseynovu vurub. Nəticədə yaralı aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məclləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi