Bakıda 70 yaşlı qadın evində ölü tapılıb

Bakıda 70 yaşlı qadın evində ölü tapılıb 1945-ci il təvəllüdlü Rəhimova Sevil evində vəfat edib
Hadisə
22 Yanvar , 2015 21:38
Bakıda 70 yaşlı qadın evində ölü tapılıb

BAKI. 22 yanvar. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakının Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Report"-un Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər giriş qapısını açıb və mənzilə baxış keçirərkən 1945-ci il təvəllüdlü Rəhimova Sevil Sadiq qızını huşsuz vəziyyətdə aşkarlayıblar.

Hadisə yerinə çağırılan Təcili tibbi yardım stansiyasının həkimləri tərəfindən aparılan ilkin müayinə nəticəsində S.Rəhimovanın vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:47-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi