Bakıda 70 yaşlı kişini avtomobil vurub

Bakıda 70 yaşlı kişini avtomobil vurub Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib
Hadisə
29 May , 2018 08:35
Bakıda 70 yaşlı kişini avtomobil vurub

Bakı. 29 may. REPORT.AZ/ Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı ahıl kişi ağır xəsarət alıb.

"Report" xəbər verir ki, Bakıxanov küçəsində yolu keçmək istəyən 1948-ci il təvəllüdlü Abbasquliyev Vaqif Məmməd oğlunu avtomobil vurub. Yaralı müxtəlif bədən xəsarətləri alaraq, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi