Yuxarı

​Bakıda 70 min manata alınan mənzilin başqa şəxsə satıldığı məlum olub

Faktla bağlı polis əməkdaşları araşdırma aparır

Bakı. 4 avqust. REPORT.AZ/ Bakının Nərimanov rayonunda özünü MTK sahibi kimi təqdim edən şəxs dələduzluq edib.

“Report” xəbər verir ki, rayonun Təbriz küçəsi 63 ünvanında yerləşən “Dağlar” MTK-nın ofisində özünü MTK-nın sahibi kimi təqdim edən Çingiz adlı şəxs Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Elnarə Abdullayevadan 70 min manat alaraq ona mənzil satıb. Sonradan məlum olub ki, həmin mənzil başqa adama satılıb.

Faktla bağlı polis əməkdaşları araşdırma aparır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi