Bakıda 7 yaşlı uşağı öldürməyə cəhddə təqsirləndirilən şəxs eskpertizaya göndərilib

Bakıda 7 yaşlı uşağı öldürməyə cəhddə təqsirləndirilən şəxs eskpertizaya göndərilib Bakı. 15 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 7 yaşlı uşağı öldürməyə cəhddə təqsirləndirilən 1998-ci il təvəllüdlü Mövsüm Bağırovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
15 Noyabr , 2018 13:04
Bakıda 7 yaşlı uşağı öldürməyə cəhddə təqsirləndirilən şəxs eskpertizaya göndərilib

Bakı. 15 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 7 yaşlı uşağı öldürməyə cəhddə təqsirləndirilən 1998-ci il təvəllüdlü Mövsüm Bağırovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Məlum olub ki, M.Bağırov hadisəni anlaqsız vəziyyətdə törədib.

Məhkəmə onun barəsində yenidən tibbi-ekspertiza təyin edərək müayinəyə göndərib.

Proses qeyri-müəyyən günədək təxirə salınıb.

Qeyd edəki, hadisə bu il Bakının Xəzər rayonunda qeydə alınıb. 1998-ci il təvəllüdlü M.Bağırov qonşuluqda olan 7 yaşlı Alı Vəliyevin başına daş çırparaq öldürməyə cəhd edib.

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hadisəyə səbəb 7 yaşlı uşağın M.Bağırovun üzərinə pirotexniki maddə atması olub.

Polis tərəfindən saxlanan M.Bağırovun barəsində Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhddə) maddəsi ilə ittiham irəli sürülüb. 

Son xəbərlər

Orphus sistemi