Bakıda 67 yaşlı qadın evində ölü tapıldı

Bakıda 67 yaşlı qadın evində ölü tapıldı Nabat Hacıyevanın cəsədi aidiyyəti üzrə təhvil verilib
Hadisə
25 Oktyabr , 2015 19:32
Bakıda 67 yaşlı qadın evində ölü tapıldı

Bakı. 25 oktyabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1948-ci il təvəllüdlü Hacıyeva Nabat Əliş qızı bağlı qapı arxasında qalıb.

“Report” FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb edilən xilasedicilər mənzilin giriş qapısını açmış və adı çəkilən şəxsin cəsədini aşkar ediblər. Hacıyevanın cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 18:01-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi