Bakıda 67 yaşlı kişinin meyiti aşkarlanıb

Bakıda 67 yaşlı kişinin meyiti aşkarlanıb Bakıda 67 yaşlı kişinin meyiti aşkarlanıb.
Hadisə
17 iyul 2022 14:45
Bakıda 67 yaşlı kişinin meyiti aşkarlanıb

Bakıda 67 yaşlı kişinin meyiti aşkarlanıb.

"Report" bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

"112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü Atayev Elman Hilal oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi