Nizami rayonunda ahıl qadını avtomobil vurdu

Nizami rayonunda ahıl qadını avtomobil vurdu Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
12 Noyabr , 2020 01:37
Nizami rayonunda ahıl qadını avtomobil vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Qurbanova Gülpəri Alıhüseyn qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol baldır sümüklərinin yer dəyişən sınığı diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi