​Bakıda 61 yaşlı qadına qarşı soyğunçuluq edilib

​Bakıda 61 yaşlı qadına qarşı soyğunçuluq edilib Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
19 Sentyabr , 2015 10:49
​Bakıda 61 yaşlı qadına qarşı soyğunçuluq edilib

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bakıda 61 yaşlı qadına qarşı soyğunçuluq edilib. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Elçin küçəsində Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Sevil İsmayılovaya zor tədbiq edərək qızıl boyunbağısını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Masallı rayon sakini, 1978-ci il təvəllüdlü Zaur Rahil oğlu Əsgərov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi