Bakıda 61 yaşlı arvadını öldürməkdə təqsirləndirilən kişiyə hökm oxunub

Bakıda 61 yaşlı arvadını öldürməkdə təqsirləndirilən kişiyə hökm oxunub Ramiz İbrahimov 16 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
25 Avqust , 2017 16:28
Bakıda 61 yaşlı arvadını öldürməkdə təqsirləndirilən kişiyə hökm oxunub

Bakı. 25 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ramiz İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.İbrahimov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. 1956-cı il təvəllüdü Camalova Səmayə Süleyman qızına əri, 1956-cı il təvəllüdlü İbrahimov Ramiz Zöhrab oğlu tərəfindən 7 bıçaq zərbəsi vurulub. Qadın hadisə yerindəcə keçinib.

Daha sonra həyətə çıxan R.İbrahimov öz qarnına 8 bıçaq zərbəsi vurub.

R.İbrahimov ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Onun həyatını xilas etmək mümkün olub.

Məlumata görə, R.İbrahimov hadisəni törədən zaman həddindən artıq sərxoş olub. Elə ər-arvad arasında mübahisə də bu səbəbdən yaranıb. Qadın ərinin hər gün içki içməsinə etiraz edib. Bu səbəbdən evdə tez-tez mübahisələr yaranırmış.

Son xəbərlər

Orphus sistemi