Bakıda 60 yaşlı qadını avtomobil vurub

Bakıda 60 yaşlı qadını avtomobil vurub Bakının Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
13 dekabr 2022 19:31
Bakıda 60 yaşlı qadını avtomobil vurub

Bakının Suraxanı qəsəbəsində avtomobil yolu keçən 1962-ci il təvəllüdlü Kamalova Təranə Nurməmməd qızını vurub.

"Report"un məlumatına görə, yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi