Bakıda 60 yaşlı qadını avtomobil vuraraq öldürüb

Bakıda 60 yaşlı qadını avtomobil vuraraq öldürüb Faktla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir
Hadisə
1 İyul , 2016 18:33
Bakıda 60 yaşlı qadını avtomobil vuraraq öldürüb

Bakı. 1 iyul. REPORT.AZ/ Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report" xəbər verir ki, hadisə iyunun 30-da Qala qəsəbəsində olub. 

Belə ki, Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Zöhrab Hüseynov idarə etdiyi "MAN" markalı yük avtomobili ilə Qala qəsəbəsinin sakini, 1956-ci il təvəllüdlü Dilşad Cəfərovanı vurub. D.Cəfərova hadisə yerində vəfat edib. 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.

Son xəbərlər

Orphus sistemi