Bakıda 6 yaşlı qızı maşın vurub

Bakıda 6 yaşlı qızı maşın vurub Bakının Binəqədi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
7 iyun 2019 22:21
Bakıda 6 yaşlı qızı maşın vurub

Bakının Binəqədi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, 2013-cü il təvəllüdlü Nəsiyeva Gülay Vüsal qızı Azadlıq prospektində "qoşa zapravka" deyilən ərazidə yolu keçmək istəyərkən, "90-KB-284" dövlət qeydiyyat nişanlı "Volkswagen" markalı avtomobil onu vurub.

Hazırda şəxsiyyəti məlum olmayan sürücü uşağı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə aparıb. N.Gülaya qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi