Bakıda 6 min manatlıq oğurluq edən şəxs tutuldu

Bakıda 6 min manatlıq oğurluq edən şəxs tutuldu Bakıda mağaza və çay evində oğurluq hadisələri baş verib.
Hadisə
21 Aprel , 2020 12:59
Bakıda 6 min manatlıq oğurluq edən şəxs tutuldu

Bakıda mağaza və çay evində oğurluq hadisələri baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, oğurluq etdiyinə görə tutulan E.Mirzəyevin ətrafında Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki mağazaların birindən 5 000 manat dəyərində geyim əşyaları və aksesuarlar, bir çay evindən isə 1 000 manat dəyərində məişət əşyaları oğurlaması da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi