Bakı. 22 dekabr. REPORT.AZ/ Bakıda 6 ay əvvəl vurulan piyada dünyasını dəyişib. "Report"un məlumatına görə, 17 yaşlı Bərdə rayon sakini Rəşad Yusifov Suraxanı rayonu Atamoğlan Rzayev küçəsində ev 529-da kirayədə yaşadığı mənzildə ölüb.
Qeyd edək ki, qəza zamanı R.Yusifov kirayə yaşadığı küçədə naməlum avtomaşın tərəfindən vurulub. Hadisədən sonra sürücü piyadaya heç bir yardım göstərmədən oradan uzaqlaşıb. Qəza nəticəsində isə iflic olan R.Yusifov həmin gündən bəri yataq xəstəsi olub. Qəza ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi Səxavət Süleymanov tərəfindən araşdırma başlanılsa da, piyadanı vuran sürücünün şəxsiyyətini və avtomobilin markasını müəyyən etmək hələ də mümkün olmayıb.
