Yuxarı
    Bağlamaq

    ​Bakıda 6 avtomobil toqquşub, yaralananlar var - FOTO

    Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparırlar

    Bakı. 6 iyun. REPORT.AZ/ Bakının Xətai rayonunda 6 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

    "Report"un xəbərinə görə, hadisə rayonun Mehdi Mehdiyev küçəsi ilə Fəzail Bayramlı küçələrinin kəsişməsində qeydə alınıb.

    Belə ki, F.Bayramlı küçəsi ilə hərəkət edən "Audi" markalı 10 - LV - 879 dövlət nömrə nişanlı avtomobil M.Mehdiyev küçəsi ilə hərəkət edən "Daewoo Nexia" avtomoblinin yoluna çıxaraq qəza törədib. "Daewoo Nexia" avtomobil yolun kənarında olan "Mazda"ya, "Mazda" iki "Mercedes" avtomobilinə çırpılıb. Qəzaya uğrayan avtomobillər daha bir "Daewoo Nexia" markalı avtomobilə də çırpılıb.

    Hadisə nəticəsində "Audi" və "Daewoo Nexia" avtomobillərinin sürücüləri xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib. Avtomobillərə ciddi ziyan dəyib.

    Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparırlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi