Bakıda 58 yaşlı qadın damarlarını doğrayaraq intihar edib

Bakıda 58 yaşlı qadın damarlarını doğrayaraq intihar edib Faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılıb
Hadisə
10 yanvar 2017 07:21
Bakıda 58 yaşlı qadın damarlarını doğrayaraq intihar edib

Bakı. 10 yanvar. REPORT.AZ/ Azərbaycanda daha bir intihar hadisəsi baş verib.

“Report”un məlumatına görə, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki evlərdən birində 1958-ci il təvəllüdlü İradə Musayeva yaşadığı evin hamam otağında damarlarını kəsərək intihar edib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi