Bakıda 57 yaşlı qadını avtomobil vurdu

Bakıda 57 yaşlı qadını avtomobil vurdu Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
557
21 Sentyabr , 2020 04:12
Bakıda 57 yaşlı qadını avtomobil vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Əliyar Əliyev küçəsində hərəkətdə olan "Opel" markalı avtomobil yolu keçmək istəyən 1963-cü il təvəllüdlü Əliyeva Şərəbanu Heydər qızını vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması, sağ bud nahiyəsinin əziyi və baş-beyin silkələnməsi diaqnozları qoyulub.

Son xəbərlər

Orphus sistemi