Bakıda 56 yaşlı qadın qaynı tərəfindən bıçaqlanıb

Bakıda 56 yaşlı qadın qaynı tərəfindən bıçaqlanıb Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
1 May , 2017 09:25
Bakıda 56 yaşlı qadın qaynı tərəfindən bıçaqlanıb
Courtesy İmage

Bakı. 1 may. REPORT.AZ/ Bakıda 56 yaşlı qadını qaynı bıçaqlayıb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Anaşkin küçəsi 10 ünvanında 1961-ci il təvəllüdlü Qurbanova Hürü Qədim qızı qaynı (hələlik adı açıqlanmır) tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər H.Qurbanovanın vəziyyətini ağır kimi qiymətləndirir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi