Bakıda 56 yaşlı kişini avtomobil vurub

Bakıda 56 yaşlı kişini avtomobil vurub Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
5 Noyabr , 2019 00:40
Bakıda 56 yaşlı kişini avtomobil vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda, "Şamaxı yolu" adlanan ərazidə qeydə alınıb.

Belə ki, minik avtomobili yolu keçən 1963-cü il təvəllüdlü Qardiyev Səttar Təzəxan oğlunu vurub. Hadisəni törədən sürücü ərazidən yayınıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi