Bakıda 52 yaşlı qadın özünü asaraq intihar edib

Bakıda 52 yaşlı qadın özünü asaraq intihar edib Faktla bağlı cinayət işi başlanıb
Hadisə
13 Mart , 2017 19:24
Bakıda 52 yaşlı qadın özünü asaraq intihar edib
Courtesy İmage

Bakı. 13 mart. REPORT.AZ/ Bakıda 52 yaşlı qadın özünü asaraq intihar edib.

"Report"un xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Cəfər Xəndan küçəsində yerləşən evlərin birində yaşayan 1965-ci il təvəllüdlü Bənövşə Aslanova özünü evdə tavandan iplə asaraq intihar edib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi