Bakıda 52 yaşlı kişiyə 4 bıçaq zərbəsi vurulub

Bakıda 52 yaşlı kişiyə 4 bıçaq zərbəsi vurulub Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb
Hadisə
9 Yanvar , 2017 09:42
Bakıda 52 yaşlı kişiyə 4 bıçaq zərbəsi vurulub

Bakı. 9 yanvar. REPORT.AZ/ Bakıda 52 yaşlı kişiyə tanımadığı şəxs tərəfindən 4 bıçaq zərbəsi vurulub.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, Bilgəh qəsəbəsində baş verib.

Belə ki, 1964-cü il təvəllüdlü Məmmədov Hacıbaba Məmməd oğlu işdən evə qayıdan zaman onunla naməlum şəxs "Azərbaycan qadını" küçəsində əlbəyaxa mübahisə edib. Nəticədə H.Məmmədov 4 bıçaq zərbəsi alıb. H.Məmmədov xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi