Bakıda 52 yaşlı kişi bıçaqlanıb

Bakıda 52 yaşlı kişi bıçaqlanıb Faktla bağlı cinayət işi başlanıb
Hadisə
10 Oktyabr , 2016 13:08
Bakıda 52 yaşlı kişi bıçaqlanıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un xəbərinə görə, C.Naxçıvanski küçəsi ev 28 ünvanının qarşısında Bakı şəhər sakini 1996-ci il təvəllüdlü Zaur Ələsgərov mübahisə zəminində 1964-cü il təvəllüdlü Fəttah Allahverdiyevə bıçaqla xəsarət yetirib.

F.Allahverdiyev 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

Hüquq orqanlarının əməkdaşları Z.Ələsgərovu tutub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.

Son xəbərlər

Orphus sistemi