Yuxarı
    Bağlamaq

    Bakıda 50 yaşlı qadını maşın vurub

    Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb

    Bakı. 15 sentyabr. REPORT.AZ/ Bakıda avtomobil qadını vuraraq ona ağır xəsarət yetirib.

    "Report"un xəbərinə görə, yol-nəqliyyat hadisəsi Xəzər rayonunda qeydə alınıb.

    Mərdəkan qəsəbəsində yolu keçmək istəyən 1967-ci il təvəllüdlü Rəna Rəfi qızı Həsənovanı minik avtomobili vurub. Ağır xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Həkimlər yaralının vəziyyətini son dərəcə ağır kimi qiymətləndirir.

    Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb.

    Araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi