Bakı. 22 aprel. REPORT.AZ/ Bakıda oğurluq edən şəxslər tutulublar.
“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Məmmədov küçəsindəki binalardan birində quraşdırılmış 50 ədəd yanğınsöndürən vintilləri oğurlamış Bakı şəhər sakini İlqar Ələkbərov və Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Zahir Nəzərov tutulublar.
Faktla bağlı araşdırmalar davam etdirilir.