Bakıda 5 yaşlı uşağı avtomobil vurub

Bakıda 5 yaşlı uşağı avtomobil vurub Əhmədzadə Mədinə onu avtomobillə vurmuş sürücü tərəfindən xəstəxanaya yerləşdirilib
Hadisə
31 May , 2017 00:57
Bakıda 5 yaşlı uşağı avtomobil vurub
Courtesy İmage

Bakı. 31 may. REPORT.AZ/ Bakıda 5 yaşlı uşağın xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Səbayel rayonu, "20-ci sahə" adlanan ərazidə qeydə alınıb.

Belə ki, "90-SU-592" dövlət qeydiyyat nişanlı, "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 2012-ci il təvəllüdlü Əhmədzadə Mədinə Samir qızını vurub. Hadisəni törətmiş avtomobilin sürücüsü xəsarət almış uşağı dərhal xəstəxanaya aparıb.

Faktla bağlı Səbayel Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi