Yuxarı

​Bakıda 5 yaşlı uşağı avtomobil vurub

Polis avtomobilin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparır

Bakı. 27 iyul. REPORT.AZ/ Qaradağ rayonunun Sahil qəsəbəsində avtomobil Bakı şəhər sakini, 5 yaşlı Nuran Əlini vurub. “Report” Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, azyaşlı xəstəxanaya yerləşdirilib.

Qaradağ Rayon Polis İdarəsi (RPİ) avtomobilin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi