Bakıda avtomobil 5 yaşlı uşağı vurdu

Bakıda avtomobil 5 yaşlı uşağı vurdu Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
2 Yanvar , 2021 01:41
Bakıda avtomobil 5 yaşlı uşağı vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Həsən Əliyev küçəsində yolu keçən 2015-ci il təvəllüdlü Abbasova Xəyalə Abbas qızını avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi