Bakıda 5 yaşlı qızı vuraraq qaçan sürücü saxlanılıb.
Bu barədə "Report"a
Belə ki, dekabrın 13-də Bakı şəhər sakini, 5 yaşlı Ləmanın Xətai rayonunun M.Hadi küçəsində müəyyən edilməmiş avtomobillə vurulması və uşağın ayaq nahiyəsindən xəsarət alması barədə 34-cü Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilən, hadisənin “Mitsubishi” markalı avtomobillə törədilməsi müəyyən edilib.
Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsinin sürücüsü, Bakı şəhər sakini İ.Abidi saxlanılıb.