Bakıda 5 yaşlı oğlunu boğaraq öldürən qadının məhkəməsində qayınana ifadə verib

Bakıda 5 yaşlı oğlunu boğaraq öldürən qadının məhkəməsində qayınana ifadə verib Prokuror çıxış üçün vaxt istəyib
Hadisə
6 Sentyabr , 2017 11:19
Bakıda 5 yaşlı oğlunu boğaraq öldürən qadının məhkəməsində qayınana ifadə verib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqdirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report" xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Natalya Qulubəyova ifadə verib.

Şahid bildirib ki, təqsirləndirilən N.Qulubəyova onun gəlini olub: "Təzə ərə gələndə münasibətlərimiz normal olub. Sonradan bir-birimizi başa düşmürdük".

Nataliya Qulubəyova söyləyib ki, sonradan gəlininin hərəkətlərində qəribəliklər yaranıb: "Sonra onlardan ayrı yaşadım. Onun öz həyatı, öz xarakteri var idi, öz həyatını yaşayırdı. Ailəmizə gələndə heç bir narazılıq yox idi. O, tək yaşamağı sevirdi, rəfiqələri olmayıb. Nazilənin ətrafda olan insanlarla ünsiyyəti yox idi".

Daha sonra iclasda məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Prokuror çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası sentyabrən 13-nə təyin edilib.

Qeyd edək ki, dəhşətli qətli törədən 1983-cü il təvəllüdlü Nazilə Qulubəyova dini təriqətlərdən birinin üzvü olub.

O, 5 yaşlı oğlu Fərid Quluzadəni boğaraq qətlə yetirib. Hadisə paytaxtın Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15 ünvanındakı mənzillərindən birində baş verib.

Orada yaşayan 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyiti aşkar olunub.

Uşağın xristian yönümlü təriqətin üzvü olan anası Nazilə Qulubəyova tərəfindən öldürüldüyü məlum olub. N.Qulubəyova deyib ki, “pis ruhları çıxartmaq” üçün oğlunun ağızına əski parçası tutaraq sıxıb. Nəticədə azyaşlı ölüb.

Son xəbərlər

Orphus sistemi