Bakıda 5 gün əvvəl avtomobillə vurulmuş piyada ölüb

Bakıda 5 gün əvvəl avtomobillə vurulmuş piyada ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
4 İyul , 2017 15:01
Bakıda 5 gün əvvəl avtomobillə vurulmuş piyada ölüb

Bakı. 4 iyul. REPORT.AZ/ Bakıda 5 gün əvvəl avtomobillə vurulmuş piyada ölüb.

“Report”un xəbərinə görə, yol-nəqliyyat hadisəsi Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Qala-Pirallahı şosesində Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Samir Kərimov idarə etdiyi “VAZ-21043” markalı avtomobillə 1988-ci il təvəllüdlü Yuriy Filatovu vurub.

Yaralı xəstəxanaya yerləşdirilib və 5 gün sonra dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi