Bakıda 5 gün əvvəl avtomobillə vurulan qadının kimliyi müəyyənləşib

Bakıda 5 gün əvvəl avtomobillə vurulan qadının kimliyi müəyyənləşib Yol-nəqliyyat hadisəsi nəticəsində ölənin Bakı şəhər sakini 30 yaşlı Günel Babayeva olması müəyyən edilib
Hadisə
9 Fevral , 2017 12:18
Bakıda 5 gün əvvəl avtomobillə vurulan qadının kimliyi müəyyənləşib

Bakı. 9 fevral. REPORT.AZ/ Bakıda 5 gün əvvəl avtomobillə vurulan qadının kimliyi müəyyənləşib.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Baş Dövlət Yol Polisi İdarəsi, Kriminalistik Tədqiqatlar İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də Sabunçu rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölənin Bakı şəhər sakini 30 yaşlı Günel Babayeva olması müəyyən edilib.

Hadisəni törətməkdə şübhəli bilinən "Mercedes" markalı avtomobilin sürücüsü - Şəmkir rayon sakini Emin Həsənov tutulub.

Son xəbərlər

Orphus sistemi