Bakıda 5 ay əvvəl oğurluq edən şəxs saxlanıldı

Bakıda 5 ay əvvəl oğurluq edən şəxs saxlanıldı Bakıda ötən il avtomobildən oğurluq edən şəxs tutulub.
Hadisə
18 Fevral , 2020 11:00
Bakıda 5 ay əvvəl oğurluq edən şəxs saxlanıldı
Freepik.com

Bakıda ötən il avtomobildən oğurluq edən şəxs tutulub.

“Report”un xəbərinə görə, hadisə 2019-cu il sentyabrın 28-də Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, naməlum şəxs N.Əsədova məxsus avtomobildən oğurluq edib.

Daha sonra N.Əsədov hadisə ilə bağlı hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, Narkotiklə Mübarizə Bölməsi və 3-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, 1998-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş C.Səmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi