Bakıda 49 yaşlı qadını maşın vurub

Bakıda 49 yaşlı qadını maşın vurub Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
9 Dekabr , 2019 23:31
Bakıda 49 yaşlı qadını maşın vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Həzi Aslanov metrosunun yaxınlığında qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü Şaxdiyeva Sündüz Şamil qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Müayinə zamanı ona sağ ayağının 5-ci daraq sümüyünün sınığı diaqnozu qoyulub.

Fatkla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi