Bakıda 49 yaşlı kişi arterial damarını kəsərək intihar edib

Bakıda 49 yaşlı kişi arterial damarını kəsərək intihar edib Cinayət işi açılıb
Hadisə
3 İyun , 2017 11:15
Bakıda 49 yaşlı kişi arterial damarını kəsərək intihar edib

Bakı. 3 iyun. REPORT.AZ/ Bakıda 49 yaşlı kişi intihar edib.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini 1968-ci il təvəllüdlü Azər Abdullayev yaşadığı evdə boyun nayihəsindəki arterial damarını kəsib.

Yaxınları onu xəstəxanaya çatdırsalar da, A.Abdullayev çoxlu qan itirdiyindən dünyasını dəyişib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, intiharın səbəbləri araşdırılır. 

Son xəbərlər

Orphus sistemi