Bakıda 48 yaşlı kişini avtomobil vurdu

Bakıda 48 yaşlı kişini avtomobil vurdu Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
9 Fevral , 2021 22:59
Bakıda 48 yaşlı kişini avtomobil vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü İbayev Elbrus Məzahir oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona alın nahiyəsinin çapılmış yarası, diz oynağının əziyi diaqnozları qoyulub.

Son xəbərlər

Orphus sistemi