Bakıda 48 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb

Bakıda 48 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb Hadisə Nəsimi rayonu Cavadxan küçəsində baş verib
Hadisə
8 avqust 2017 01:00
Bakıda 48 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb

Bakı. 8 avqust. REPORT.AZ/ Bakıda 48 yaşlı kişi bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonu Cavadxan küçəsində baş verib.

Qırx səkkiz yaşlı Vəfa Hacıyev sözü gedən ünvanda tanımadığı şəxslə mübahisə edib. Nəticədə o, bir neçə bıçaq xəsarəti alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Hazırda Vəfa Hacıyevi bıçaqlayan şəxs və şəxsləri Nəsimi rayon polis idarəsinin 19-cu polis bölməsinin əməkdaşları axtarırlar.

Son xəbərlər

Orphus sistemi