Yuxarı
    Bağlamaq

    Bakıda 47 yaşlı kişi tanımadığı şəxslər tərəfindən döyülüb

    Polis hadisəni törədən şəxsləri axtarır
    © Report

    Bakı. 30 sentyabr. REPORT.AZ/ Bakının Xətai rayonunda xəsarətlə nəticələnən kütləvi dava olub.

    "Report"un xəbərinə görə, Əhmədli qəsəbəsi, M.Hadi küçəsində Bakı Kinoteatrının yaxınlığında 47 yaşlı Rüstəmov Murad Sabir oğlu tanımadığı şəxslərlə mübahisə edib.

    Nəticədə o, bir neçə nəfər tərəfindən döyülüb. Yaralı təcili tibbi yardım xidmətinin əməkdaşlarının köməkliyi ilə xəstəxanaya yerləşdirilib. M.Rüstəmovu döyən şəxslər hadisə yerindən qaçıb.

    Hadisənin dəqiq səbəbləri hələlik məlum olmasa da, hazırda Xətai Rayon Polis İdarəsinin 34-cü Polis bölməsinin əməkdaşları hadisəni törədən şəxslərin axtarışına başlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi