Bakıda 46 yaşlı kişi baldızları və xalaları tərəfindən döyülüb

Bakıda 46 yaşlı kişi baldızları və xalaları tərəfindən döyülüb Rasim Yusifov xəstəxanaya yerləşdirilib
Hadisə
17 iyun 2017 04:31
Bakıda 46 yaşlı kişi baldızları və xalaları tərəfindən döyülüb

Bakı. 17 iyun. REPORT.AZ/ Bakıda döyülmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Qənbər Vəzirov küçəsində yerləşən fərdi yaşayış evlərindən birində ailə münaqişəsi zəminində mübahisə baş verib. Mübahisə dava ilə sonuclanıb. Nəticədə 1971-ci il təvəllüdlü Yusifov Rasim Həşim oğlu baldızları və xalaları tərəfindən döyülüb.

O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi