Yuxarı

Bakıda 450 min dollar oğurlamaqda təqsirləndirilən şəxslər məhkəməyə müraciət ediblər

İşə hakim İlqar Murquzovun sədrliyi ilə baxılacaq

Bakı. 3 sentyabr. REPORT.AZ/ Bakıda şirkətdən 450 min dollar oğurlamaqda təqsirləndirilən Pərviz Əliyev, Ramin Məhərrəmov, Əhmədov Əli  və Müşfiq Hadıyev barələrində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası sentyabrın 9-na təyin edilib.

İşə hakim İlqar Murquzovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Binəqədi rayonunda yerləşən “Renesans İnşaat MTK”nın ofisinə qanunsuz daxil olaraq, oradan içərisində 450 min ABŞ dolları pul olan dəmir seyfi gizli yolla talayan dəstənin 4 üzvü saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan P.Əliyev, R.Məhərrəmov, Ə.Əhmədov və M.Hadıyev saxlanılıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunublar.

Bakı Ağır Cinayət Məhkəməsinin hökmü ilə P.Əliyevlə Ə.Əhmədovun hər biri 13 il 6 ay, R.Məhərrəmovla M.Hadıyevin isə hər biri 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi